Azərbaycan hökuməti 2019-2021-ci illərdə orta illik ÜDM-in artımını 3,5% səviyyəsində proqnozlaşdırır.
“Interfaks-Azərbaycan” agentliyinin əldə etdiyi hökumətin proqnozlarına əsasən, 2019-cu ildə ÜDM-in artımı 4%, 2020-ci ildə - 3,7%, 2021-ci ildə - 2,9% təşkil edəcək.
Bununla belə, 2019-cu ildə neft ÜDM-in artımı 6,8%, 2020-ci ildə - 4,9%, 2021-ci ildə - 2,2% təşkil edəcək.
Proqnozlara əsasən, qeyri-neft sektorunun artımı 2019-cu ildə 2,6%, 2020-ci ildə - 3,2%, 2021-ci ildə - 3,3% təşkil edəcək.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti 2017-ci ilin yekunları üzrə ÜDM-in artımını 0,3% səviyyəsində proqnozlaşdırır.2018-ci ildə iqtisadi artım 1,5% səviyyəsində proqnozlaşdırılır. **
A.Əzizov