Rəsmi Bakı Meksikanın bir qrup parlamentarilərinin Azərbaycanın tərəfindən işğal olunmuş ərazilərinə səfəri məsələsini araşdırır. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
“Azərbaycan XİN Meksika parlamentində Ermənistanla dostluq qrupunun rəhbəri Kuata Dominqez Blanka Marqarita,həmin qrupun üzvü Qarsia Bravo Maria Kristina Teresa və onları müşayiət edən digər şəxsin Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağa səfəri məsələsini araşdırır”, - H.Hacıyev vurğulayıb.
Onun sözlərinə görə, bunula əlaqədar Azərbaycanın Meksikadakı səfirliyinə də müvafiq təlimat verilib. **
R.Babayev