Yanvar-sentyabr aylarında Vergilər Nazirliyi 8,352 min kommersiya hüquqi şəxs və 117,717 min sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsi qeydiyyata alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“Ötən ilin analoji dövrü ilə müqayisədə qeydiyyata alınan hüquqi şəxslərin sayı 47,4%, fiziki şəxslərin sayı 41,7% artıb”, - nazirlikdən bildiriblər.
Cari ilin 9 ayı ərzində 5,785 min hüquqi şəxs elektron qeydiyyatdan keçib, bu da qeydiyyata düşən hüquqi şəxslərin ümumi sayının 69,3%-ni təşkil edir. **
A.Əzizov