Azərbaycan hökuməti 2019-2021-ci illərdə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertləri 28,8% - 6 mlrd. 561,6 mln. manatadək azaltmağı planlaşdırır.
2018-ci il və növbəti 3 il üçün büdcə materiallarına əsasən gələn il ARDNF-dən dövlət büdcəsinə transfertlər 9 mlrd. 216 mln. manat və ya bütün büdcə gəlirlərinin 45,8%-ni təşkil edəcək.
2019-cu ildə ARDNF-dən transfertlər 7 mlrd. 520,7 mln. manat və ya büdcə gəlirlərinin 40%-i, 2020-ci ildə 7 mlrd. 520,8 mln. manat və ya büdcə gəlirlərinin 39,3%-i, 2021-ci ildə isə 6 mlrd. 561,6 mln. manat və ya büdcə gəlirlərinin 35,5%-i səviyyəsində proqnozlaşdırılır.*
A.Əzizov