Dinlərarası sülh və tolerantlıq Azərbaycanda normadır. Bunu Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxin deyib.
“Azərbayucanda çalışaraq mən şox şey görmüşəm və Azərbaycanda dinlərarası sülh və tolerantlığı təsdiq edən çox sayda nümunələrin şahidi olmuşam - bunlar sadəcə sözlər deyil. Bu, Azərbaycanda həyatın normasıdır”, - V.Doroxin çərşənbə günü AMEA-nın binasında keçirilən Azərbaycan dilinə tərcümə olunan “Bibliya tarixi” və “Pravoslav Katixizisi” kitablarının təqdimat mərasimində bildirib.
Səfir əminliklə bəyan edib ki, “Azərbaycanda başqa cür ola bilməz”. “Siz düzgün edirsiniz ki, nəinki rus pravoslavlığından qaçmırsız, əksinə ona ürəyinizi açırsınız. Bu böyük dindir, o bütün insanlara saflıq, xeyirxahlıq təcəssümüdür”, - o bildirib.
V.Doroxin məmnunluqla qeyd edib ki, Azərbaycanda rusiyalı həmvətənlər “özlərini hər mənada rahat hiss edirər”. “Həmçinin, onlar dini funksiyalarına riayət etmək imkanına malikdirlər. Bilirəm ki, onlar özlərini Azərbaycanın loyal vətəndaşları hiss edirlər. Onlar Azərbaycan, onun rəhbərliyi, xoşbəxtliyi üçün dualar edirlər”, - diplomat vurğulayıb.
O, Azərbaycanla Rusiya arasında yaxşı dövlətlərarası münasibətlərin olduğunu bildirib.
Bakı və Azərbaycan Yeparxiyasınınarxiyepiskopu Aleksandr gələcəkdə dinlərarası konstruktiv dialoqun inkişafının zəruriliyini qeyd edib. “Biz dinlərarası konstruktiv dialoqu inkişaf etdirməli, mənfi təzahürlərlə mübarizə aparmalıyıq. Çox zaman digər xalqların mədəniyyəti, ənənələri və dini barədə məlumatlı olmadığımıza görə dinlərarası münaqişələr baş verir”, - o bəyan edib. **
R.Babayev