2018-ci il üçün Dövlət Gömrük Komitəsi xətti ilə dövlət büdcəsinə vergi və rüsüm köçürmələri üzrə plan 2 mlrd. 430 mln. manat səviyyəsində müəyyən edilib. Bunu DGK sədri Aydın Əliyev çərşənbə günü jurnalistlərə bildirib.
“Gələn il biz dövlət büdcəsinə 2 mlrd. 430 mln. manat köçürməliyik, bu da 2017-ci ilin göstəricisindən 180 mln. manat çoxdur. Cari il DGK-nin dövlət büdcəsinə 2 mlrd. 130 mln. manat köçürdüyünü nəzərə alaraq, gələn ilə nikbinliklə baxırıq”, - A.Əliyev qeyd edib.
Onun sözlərinə görə, hazırda idxal olunan spirtli içkilər və tütün məmulatlarının aksizlərinin artırılması məsələsinə baxılır.
Spirtli içkilər və tütün məmulatlarının aksizlərinin artırılmasını DGK sədri həmin malların ilkin tələbat məhsulları olmaması və qaçaqmalçılığın əsas maddələrindən biri olduğu ilə izah edib. **
B.Rüstəmbəyov