Ötən gün Azərbaycan ərazisində baş vermiş 7 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, 12 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ötən gün ərzində 113 cinayət faktı qeydə alınıb, onların 22-si “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 51 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.**
R.Babayev