İdxal-ixrac əməliyyatları ilə məşğul olan yerli sahibkarlar malların dəyərini azaltmaqla vergi və rüsumdan yayınmağa cəhd göstərirlər. Bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.
"Təkcə bu il sahibkarlar bu məqsədlə $500 mln.-dan yuxarı məbləğdə malların dəyərini aşağı salıblar. Bunu elə sahibkarların özləri etiraf edib", - deyə o, bu gün Caspian European Club-un üzvlərinin iştirakı ilə keçirilən biznes forumda bildirib.
DSK sədri, həmçinin qeyd edib ki, hazırda Azərbaycanın gömrük sərhədi ilə malların və nəqliyyat vasitələrinin daşınması üçün "yaşıl dəhliz" sisteminə 23 şirkət qoşulub. 2016-cı ilin sonuna belə şirkətlərin sayı 9-a bərabər olub.*
B.Rüstəmbəyov