Azərbaycan hökuməti 2018-2021-ci illərdə qızıl hasilatının artımını proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi proqnozlara əsasən, 2021-ci ildə respublikada qızıl hasilatı 2017-ci ildə 5 min 312,2 kq-a qarşı 5 min 978,9 kq-a çatacaq. Yəni, 2018-2021-ci illərdə qızıl hasilatı 12,6% artacaq.
Xüsusilə, 2018-ci ildə hasilatın həcmi 5 min 471,5 kq, 2019-cu ildə - 5 min 635,7 kq, 2020-ci ildə - 5 min 804,7 kq səviyyəsində proqnozlaşdırılır.
Proqnozlara əsasən, 2018-2021-ci illərdə dəmir filizi və konsentratın hasilatında artım müşahidə olunacaq. Xüsusilə, bu dövrdə filiz hasilatı illik 4,466 min ton, 2021-ci ildə - 5 min 987,9 ton səviyyəsində proqnozlaşdırılır.
2017-ci ilin yekunları üzrə dəmir filizi və konsentratın hasilatı 2 min 473,1 ton səviyyəsində proqnozlaşdırılır. Beləliklə, 2022-ci ilə qədər hasilatın səviyyəsi 2017-ci ilin göstəricisindən 2,4 dəfə çox olacaq. **
A.Əzizov