Azərbaycan hökuməti 2018-ci ildə bir sıra dövlət təhsil proqramları və tədbirlərinin maliyyələşdirilməsinə dövlət büdcəsindən 362,7 mln. manat ayırmağı planlaşdırır.
Büdcə materiallarına əsasən 2018-ci il dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulmuş vəsaitlərin 18,1%-i bu məqsədlərə yönəldiləcək.
Xüsusilə 26 şəhər və rayonda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin maliyyələşdirilməsinə 70,5 mln. manat yönəldiləcək. Bundan başqa, məktəblilərin pulsuz dərsliklərlə təminatına və metodik vəsaitlərin alınmasına 20,1 mln. manat (2017-ci illə müqayisədə artım 2,6 dəfə) təhsil sahəsində informasiyalaşdırılma sisteminin inkişafına 20,1 mln. manat (artım 39,2%), ali məktəblərdə yeni maliyyələşdirmə sisteminin tətbiqinə 160,9 mln. manat (artım 6,6%), ümumtəhsil məktəblərində məktəbəqədər təhsil qruplarının açılmasına 24,4 mln. manat, yerdə qalan məbləğin isə digər proqramlara yönəldilməsi planlaşdırılır.*
B.Rüstəmbəyov