“Azərsu” ASC Ağdaş, Beyləqan və Ağcabədi şəhərlərində çirkab suların mexaniki təmizlənmə qurğularının hissələri və Beyləqan şəhərində kanalizasiya kollektorunun tikintisi üçün podratçı seçiminə dair tender elan edib. Bu barədə ASC-dən məlumat verilir.
Seçim Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə reallaşdırdığı Su Təchizatı və Kanalizasiya Investisiya Proqramı-Layihə 3 çərçivəsində həyata keçirilir.
Podratçının vəzifələrinə aşağıdakılar daxil olacaq: Ağdaş, Beyləqan və Ağcabədidə hər biri sutkalıq gücü 10 min kubmetr təşkil edən çirkab suların mexaniki təmizlənmə qurğularının hissələri, həmçinin Beyləqanda uzunluğu 2 km olan kanalizasiya kollektorunun tikintisi.
Üç şəhərdə çirkab suların mexaniki təmizlənmə qurğularının hissələrinin hər biri üçün mühafizə üçün bina, inzibati və transformator binası, işməli su üçün su anbarı və nasos stansiyaları, daxili və xarici enerji təchizat sistemləri və digər infrastrukturun inşası planlaşdırılır.
Şirkətlərdən tender təklifləri dekabrın 11-dək qəbul olunur. Tender proseduru dekabrın 12-də baş tutacaq. **
N.Abbasova