Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən məhv edilən ekstremistlərin birinin evində axtarış zamanı silah-sursat aşkar olunub. Bu barədə Abşeron Rayon Prokurorluğundanməlumat verilib.
“Xırdalan şəhərində yerləşən mənzilə baxış zamanı 5 ədəd patronla birlikdə 1 ədəd “Makarov” markalı tapança, 2 ədəd partlayışa hazır vəziyyətdə olan əl qumbarası, 7 ədəd hazır vəziyyətdə şüşə butulkalarda kustar üsulla hazırlanmış “Molotov kokteyli” aşkar edilib”, - məlumatda deyilir.
O cümlədən, “Molotov kokteyli”nin hazırlanması üçün nəzərdə tutulmuş 4 ədəd alışdırıcı maye ilə dolu 5 litrlik plastik qab aşkar olunaraq həmin partlayıcı-yandırıcı predmetlərin alışması üçün nəzərdə tutulmuş xeyli sayda alışdırıcı, edilərək müvafiq qaydada qablaşdırılıb, maddi sübut kimi götürülüb.
Axtarış Abşeron Rayon Prokurorluğu və Baş Prokurorluğun Kriminalistika şöbəsinin prokuror-kriminalistlərinin iştirakı ilə keçirilib. **
R.Babayev