2017-ci ilin sentyabr ayında Azərbaycanda 97,2 min ailənin 400,4 min nəfər üzvü ünvanlı sosial yardım alıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatında deyilir.
2017-ci ilin 1 oktyabr tarixinə ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 150 manat təşkil edib.
2017-ci ilin I yarısının yekunları üzrə 120,3 min aztəminatlı ailə (498,4 min nəfər) ünvanlı dövlət sosial yardımı alıb.*
R.Babayev