2009-2017-ci illərdə Avropa İttifaqı Azərbaycan şirkətlərinə 444 mln. manat ümumi məbləğdə maliyyə dəstəyi göstərib. Bu barədə Aİ-nin Azərbaycandakı ofisinin mətbuat xidmətindən məlumat verilib.
“2009-cu ildən etibarən Aİ Azərbaycan şirkətlərinə 444 mln. manat (222 mln. avro) məbləğində maliyyə dəstəyi göstərib”, - məlumatda deyilir.
“Aİ Azərbaycanda yerli şirkətlərə maliyyə, tədris yardımı şəklində, həmçinin EU4Business təşəbbüsü vasitəsilə yeni bazarlara ixracın təşkili məsələlərində dəstək verir”, - məlumatda qeyd olunur.
26-27 oktyabr tarixlərində Estoniyada Azərbaycanın nümayəndələrinin iştirakı ilə Şərf Tərəfdaşlığı çərçivəsində IV biznes forum keçirilir. Forum biznesin gücləndirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, həmçinin Aİ və Şərq Tərədaşlığına üzv ölkələrinin sahibkarları arasında əlaqələrin qurulmasına həsr olunub.
Forum noyabrın 24-də Brüsseldə keçiriləcək V Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq çərçivəsində əsas tədbirdir. **
R.Babayev