“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Rusiya FederasiyasınınBirləşmiş Gəmiqayırma Korporasiyası ilə əməkdaşlıq etməyi planlaşdırır. Bu barədə QSC-dən məlumat verilib.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin sədri Rauf Vəliyev Birləşmiş Gəmiqayırma Korporasiyasının (BGK) marketinq və satış departamentinin direktoru Dmitriy Pryaxin ilə əməkdaşlıq perspektivlərini müzakirəedib.
“Görüşdə R.Vəliyevə Xəzərdə istismar ediləcək sərnişin gəmiləri barədə məlumat verilib. Gəmiçiliyin sədri bildirib ki, hazırda Azərbaycan da bu sahədə məsələni hərtərəfli araşdırır”, - məlumatda deyilir.
Məlumata əsasən, Korporasiyanın nəzdində fəaliyyət göstərən “Krasnoye Sormovo” zavodunda 1971-ci ildən Azərbaycan gəmiçiliyi üçün maye və quru yüklər daşıyan 17 gəmi inşa edilib. **
N.Abbasova