Azərbaycan hökuməti ixracı təşviq olunan qeyri-neft məhsullarının siyahısını genişləndirməyi və bu məhsulların ixracatçılarına təşviq ödənişinin məbləğini artırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
"2018-ci il dövlət büdcəsində bu məqsədlər üçün 15 mln. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 5 mln. manat çoxdur", - deyə məlumatda bildirilir.*
B.Rüstəmbəyov