Abşeron RPİ mənzildən iri məbləğdə pulu oğurlamaqda şübhəli bilinən Bakı sakinini saxlayıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Abşeron rayonu ərazisindəki evlərin birindən 62 min avro oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fuad Zeynalov tutulub”, - məlumatda deyilir.
Bundan başqa, hüquq-mühafizə orqanları tərəfindən Azadlıq prospektindəki mağazaların birindən 30 min manat dəyərində mobil telefon aksesuarları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Eşqin Nəbiyev saxlanılıb. E.Nəbiyev həmin mağazada satıcı işləyib. **
R.Babayev