Rəsmi Tehran İran, Azərbaycan və Rusiya gömrük xidməti rəhbərlərinin üçtərəfli görüşünün keçirilməsinə ümid edir. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında qeyd olunur.
“İran əlaqələrin daha geniş vüsət alması üçün İran, Azərbaycan və Rusiya gömrük xidməti rəhbərlərinin üçtərəfli görüşlərinin keçirilməsində maraqlıdır və bu təklifin reallaşacağına ümid edir”, - İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian Bakıda Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ilə görüşdə bildirib.
Bundan başqa, M.Kərbasian Aslandüz-Horadiz gömrük-sərhəd keçid məntəqəsinin açılmasının əhəmiyyətini vurğulayıb. Onun fikrincə, eyni zamanda,Şahtaxtı-Poldəşt gömrük-sərhəd keçid məntəqəsinin 12 saatlıq, Biləsuvar və Astara gömrük-sərhəd keçid məntəqələrinin isə 24 saatlıq iş rejiminə keçirilməsi mühüm əhəmiyyət kəsb edir. **
B.Rüstəmbəyov