2017-ci il müstəqil Azərbaycan tarixində ən uğurlu səhifələrdən biri kimi yadda qalacaq. Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov belə hesab edir.
“2017-ci il müstəqil Azərbaycan tarixində ən uğurlu səhifələrdən biri kimi yadda qalacaq. Böyük tarixi hadisələr sırasında Yeni əsrin - XXI əsrin kontraktının imzalanmasından sonra bu gün iki qitənin ölkələrini və xalqlarını bir-birinə yaxınlaşdıran Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılışıdır”, - deyə o, özünün “Facebook” səhifəsində yazıb.
Qeyd edək ki, bu gün Ələt qəsəbəsində Bakı-Tbilisi-Qars dəmiryol xəttinin rəsmi açılış mərasimi keçiriləcək.*
R.Babayev