Dağlıq Qarabağ münaqişəsi həm Azərbaycanın, həm də Türkiyənin qanayan yarasıdır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Dağlıq Qarabağ məsələsi Azərbaycanın olduğu kimi, bizim də qanayan yaramızdır”, - R.Ərdoğan Azərbaycan mətbuatına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymayana qədər Dağlıq Qarabağ məsələsi həll oluna bilməyəcək. “Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında işğala dərhal son qoyulmalıdır”, - Türkiyə prezidenti vurğulayıb.
R.Ərdoğan münaqişə zonasında Azərbaycanın dinc əhalisinə qarşı Ermənistanın təxribatlarını tənqid edib. “Ermənistanın işğalçı siyasəti ilə yanaşı, son dövrlərdə mülki əhalini hədəf seçən təxribatlarını da lənətləyirik. Belə hərəkətlər regionda sülhün təmin olunmasına heç bir halda kömək edə bilməz”, - o qeyd edib.
Prezident bəyan edib ki, “Minsk qrupu başda olmaqla beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ probleminin həlli istiqamətində daha fəal işləməlidir. Biz hər məsələdə olduğu kimi, bu məsələdə də Azərbaycanın bu haqq işində onun yanında olmağa davam edəcəyik”, - R.Ərdoğan bildirib. **
R.Babayev