ATƏT-in Minsk qrupunun həmsədrləri noyabr ayının ortalarında Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüş keçirməyi planlaşdırırlar. Bu barədə XİN başçısı Elmar Məmmədyarov məlumat verib.
"Görüş noyabr ayının ortalarında baş tuta bilər. Məqsəd Azərbaycan və Ermənistan prezidentlərinin tapşırığı çərçivəsində danışıqlar prosesini intensivləşdirməkdir", - deyə o, bu gün jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, hazırda görüşün dəqiq tarixi və yeri müəyyənləşdirilir.*
F.İsazadə