Dekabrın sonunda Bakıda Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirlərinin üçtərfli görüşü keçiriləcək. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Dekabrın sonunda Bakıda Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin üçtərfli görüşü keçiriləcək”, - E.Məmmədyarov bazar ertəsi jurnalistlərə bildirib.
Onun sözlərinə görə, görüşdə “regional və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq”.
E.Məmmədyarov vurğulayıb ki, noyabrın sonunda Bakıda Azərbaycan, Türkiyə və Pakistan XİN başçılarının görüşü keçiriləcək. “Onlar Azərbaycan üçün həm siyasi, həm də iqtisadi nöqteyi-nəzərindən çox mühüm oyunçulardır. Biz həm çağırışlar, həm təhdidlər, o cümlədən xalqlar arasında mövcud imkanları müzakirəedəcəyik”, - nazir bəyan edib. **
F.İsazadə