Bakı İraqda olan azərbaycanlı qadın və uşaqların qaytarılması üzərində işləyir. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“İraqda saxlanılan azərbaycanlı qadın və uşaqlarla Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsiməşğuldur”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, İraq hökuməti ilə birgə həmin insanların bu ölkəyə necə getməsi, hansı işlə məşğul olmaları və gələcək taleləri müzakirə olunur. "Bu məsələnin hər birinə fərdi qaydada baxılacaq. İraqda 100-dən çox qadın və uşaq var. Bir ay ərzində bu siyahı tam dəqiqləşəcək", - deyə o əlavə edib.*
F.İsazadə