İstirahət günlərində Azərbaycan ərazisində baş vermiş 8 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər həlak olub, 14 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Şənbə və bazar günlərində 183 cinayət faktı qeydə alınıb, onların 34-ü “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 71 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.*
R.Babayev