Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi regionda turizm və biznesin inkişafı, Azərbaycan, Türkiyə və Gürcüstanın ticarət dövriyyəsinin artması üçün böyük imkanlar açacaq. Azərbaycan prezidenti İlham Əliyev belə hesab edir.
“BTQ ölkələrimizdə biznesin inkşafı üçün böyük imkanlar açacaq, bu layihəyə cəlb olunan ölkələrə ticarət dövriyyəsini artırmağa, o cümlədən, turizm sahəsində fəal əməkdaşlıq etməyə imkan verəcək”, - İ.Əliyev bazar ertəsi BTQ-nin açılış mərasimində bildirib.
Onun sözlərinə görə, həmçinin BTQ “ölkələrimizdə təklükəsizlik və sabitliyi” artıracaq.
İ.Əliyev qeyd edib ki, bəzi xarici güvvələr BTQ-nin reallaşdırılmasına şübhə ilə yanaşırdılar. “Onların fikrincə, bu layihənin reallaşdırılması mümkün deyildi. Lakin, hər şeyin mümkünlüyü sübut olundu. Ölkələrimizin iradəsi sayəsində bütün işlərin icrası mümkün oldu”, - prezident vurğulayıb.
BTQ dəmir yolunun istifadəyə verilməsi regionun iqtisadi vəziyyətini dəyişəcək. Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili buna əmindir. “Bu layihə mövcud iqtisadi reallığı dəyişəcək. Bu gün yeni Avrasiya körpüsü istifadəyə verilir. Yeni dəmir yolu marşrutunun istifadəyə verilməsi ilə bölgənin nəqliyyat və ticarət statusu dəyişiləcək”, - o bazar ertəsi Bakıda açılış mərasimində bildirib.
Qazaxıstan baş naziri Bakıtjan Saqintayev bəyan edib ki, BTQ layihəsi Qazaxıstanın Xəzər dənizində logistika imkanlarını genişləndirəcək. “Layihə Xəzərdə logistika imkanlarımızı artıracaq. O cümlədən, bu layihə Cənubi Qafqazda sülh və sabitlik üçün vacibdir”, - B.Saqintayev bildirib. **
F.İsazadə