Bazar ertəsi Azərbaycan və Türkiyə prezidentləri, Qazaxıstan, Gürcüstan və Özbəkistanın baş nazirləri Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk qatarı yola salıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Dəmir yolu ilə yük və sərnişin qatarları yola salınıb.
Xəbər verildiyi kimi, Gürcüstan, Azərbaycan və Türkiyə 2007-ci il fevralın 7-də Bakı- Tbilisi-Qars dəmir yolu dəhlizinin yaradılmasına dair hökumətlərarası saziş imzalayıblar.
Layihəyə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçəcək 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulması daxildir. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə ümumilikdə $775 mln. məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilir. **
F.İsazadə