Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı münasibətilə Azərbaycan və Türkiyənin birgə istehsal etdiyi poçt markası buraxılıb. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
"Azərpoçt" MMC-də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı münasibətilə Azərbaycan və Türkiyənin birgə istehsal etdiyi poçt markasının imzalanma mərasimi keçirilib. Bununla da birgə istehsal olunan marka poçt dövriyyəsinə buraxılıb”, - məlumatda deyilir.
10 min tirajla istehsal olunan Azərbaycan-Türkiyə birgə markası PTT tərəfindən çap edilib.
Markanın nominalı 1,5 manatdır. **
N.Abbasova