"Şahdağ Turizm Mərkəzi" QSC-nin nizamnamə kapitalı 546 mln. 775 min 725,05 manata qədər artır.
Nazirlər Kabineti müvafiq qərar qəbul edib.
Hazırda QSC-nin nizamnamə kapitalı 37 mln. 777 min 427,56 manata bərabərdir. Beləliklə, nizamnamə kapitalı 14,5 dəfə artır.
Nazirlər Kabinetinin sərəncamına əsasən, QSC-nin nizamnamə kapitalı bir qiymətli kağız üçün nominalı 100 manat olan 5 mln. 467,757 min səhmə bölünüb.
"Şahdağ Turizm Mərkəzi" QSC Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxildir. **
A.Əzizov