“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC, “Aqrofun” QSC və Çinin dövlət koorporasiyası olan “YTO GROUP” Azərbaycanda orta ölçülü traktorların istehsalının təşkilinə $10 mln. məbləğində vəsait qoymağı planlaşdırır.
"Tərəflər arasında müvafiq saziş imzalanıb. İstehsal Qusar rayonunda təşkil olunacaq. Layihənin dəyəri $10 mln. təşkil edir", - deyə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin sədri rəsmi mətbuatda dərc olunmuş məqaləsində qeyd edib.
O vurğulayıb ki, hər il 800 ədədə yaxın traktorun istehsal olunacağı planlaşdırılır.
“YTO Group Corporation” 1955-ci ildə yaradılıb və Çinin kənd təsərrüfatı maşınlarının aparıcı istehsalçılarından biridir.*
B.Rüstəmbəyov