Daxili İşlər Nazirliyinin məlumatına görə, Ağcabədi rayonunun Boyat kəndi ərazisindəki “Maye qaz” yanacaqdoldurma məntəqəsində partlayış nəticəsində bir nəfər ölüb, 2 nəfər yaralanıb.
Partlayış oktyabrın 30-da axşam yanacaqdoldurma məntəqəsinin çəninə “ZİL-130” markalı avtomobilindən maye qaz boşaldarkən baş verib.
“Nəticədə avtomobilin sürücüsü Gülhüseyn Nəsirov, Nahid və Həsən Cəfərovlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Nahid Cəfərov orada ölüb, digərlərinin vəziyyətləri qənaətbəxşdir”, - məlumatda deyilir.
Faktla bağlı araşdırma aparılır. **
F.İsazadə