Milli Məclisin plenar iclasındasahibkarlıq sahəsində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılması qəbul edeilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
Çərşənbə axşamı parlament "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik layihəsini qəbul edib.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti bu ilin noyabrın 1-də bitir. Dəyişikliklərə əsasən sahibkarlıq subyektləri 2021-ci il yanvarın 1-dək yoxlamalardan azad olunacaq. **
A.Əzizov