2017-ci ilin yanvar-sentyabr aylarında “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC büdcə təşkilalarına 66,497 mln. manat məbləğində ərzaq malları tədarük edib. Bunu ASC-nin sədri Əbülfət Qocayev deyib.
“Hesabat dövründə büdcə təşkilatları 37 min ton həcmində 18 növ ərzaq malları ilə təmin edilib. Tədarük olunan məhsulların dəyəri 66 mln. 497 min manat səviyyəsində qiymətləndirilir”, - Ə.Qocayev rəsmi mətbuatda məqaləsində qeyd edib.
O vurğulayıb ki, cari il ASC tərəfindən 395 fermer və 27 şirkətdən ərzaq malları alınıb. Ümumilikdə, yanvar-sentyabr aylarında cəmiyyət yerli istehsalçılardan 81,3 min tona yaxın mal alıb, bunun bir hissəsi ixraca yönəlib.
Ə.Qocayev bildirib ki, 2018-ci il üçün ASC-yə artıq 79,4 min ton malların tədarükünə dair sifariş daxil olub.
O həmçinin qeyd edib ki, cəmiyyətin tam həcmdə fəaliyyəti üçün zəruri infrastruktur yaradılıb. Xüsusilə, 12 regional bölmələr ilə Bakıda logistik mərkəz yaradılıb. 46 rayonda dayaq məntəqələri yaradılıb, bütün zəruri anbar avadanlığı ilə təmin edilən anbarlar icarəyə götürülüb. **
B.Rüstəmbəyov