Azərbaycan Türkiyədən hərbi təyinatlı məhsullar almağa davam edəcək. Bunu Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Hərbi-texniki əməkdaşlığımız davam edir. Hər gün inkişaf edən hərbi-sənaye kompleksi bizim üçün maraq kəsb edir. Biz Türkiyədən hərbi məhsullar alırıq və alacağıq”, - İ.Əliyev çərşənbə axşamı türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan ilə Bakıda mətbuat konfransında bildirib. Bu barədə yerli mətbuat məlumat verib.
Həmçinin dövlət başçısı qeyd edib ki, hərbi sahədə əməkdaşlıq Azərbaycan-Türkiyə qarşılıqlı əlaqələrin gündəliyinə çıxarılan əsas məsələlərdən biridir.
O cümlədən, İ.Əliyev 2017-ci ildə Azərbaycan və Türkiyənin keçirdiyi birgə hərbi təlimlərə toxunub. “Cari il 3 hərbi təlim keçirdik - 2-si Bakıda, daha biri Naxçıvan Muxtar Respublikasında. Bu təlimlər hərbi əməkdaşlığımızı möhkəmləndirən amildir”, - o vurğulayıb. **
F.İsazadə