Azərbaycan qazının Avropaya nəqlinə başlanması bəzi qüvvələri narahat edir. Bunu Türkiyə prezidenti Rəcəb Tüyyip Ərdoğan bəyan edib.
“Yaxın zamanda Azərbaycan qazı Avropaya nəql olunmağa başlayacaq. Bu, bəzilərini narahat edir”, - R.Ərdoğan çərşənbə axşamı Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasınn yekunları üzrə keçirilən mətbuat konfransında bildirib.
O xatırladıb ki, bir vaxtlar Bakı-Tbilisi-Qars dəmir yolunun gəlirliliyi şübhə altına alınırdı. Dünən isə Ələt limanında həmin dəmir yolunun istifadəyə verilmə mərasimi keçirildi. **
F.İsazadə