Azərbaycan prezidenti İlham Əliyev TANAP layihəsinin icrası ilə bağlı heç bir problemin olmadığı bəyan edib.
“Bugünkü toplantıda enerji, nəqliyyat məsələləri ənənəvi olaraq müzakirə edildi. Burada da qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapdı. Biz qarşıya qoyduğumuz hədəflərə doğru inamla irəliləyirik. Əminəm ki, TANAP layihəsi yaxın zamanlarda başa çatacaq. Bu layihənin icrası ilə bağlı heç bir problem yoxdur”, - İ.Əliyev çərşənbə axşamı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatlarla çıxışında bildirib..
Onun sözlərinə görə, Azərbaycan və Türkiyə regional miqyaslı bir neçə iri layihəni reallaşdırıb. “Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və Bakı-Tbilisi-Qars layihələri bu sıradan olan qitə miqyaslı böyük transmilli layihələrdir. Bizim birliyimiz, bizim dostluğumuz bütün bunları mümkün edib”, - İ.Əliyev əlavə edib. **
A.Əzizov