2017-ci ilin yanvar-oktyabr aylarında manat dollara qarşı 3,98% möhkəmlənib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir.
Oktyabr ayında manatın dollara qarşı məzənnəsi stabil qalıb (sentyabr ayında manat dollara qarşı 0,047% möhkəmlənib).
Oktyabrda manatın dollara qarşı orta məzənnəsi sentyabr ayında qeydə alınmış 1,7007 AZN/$1-ə qarşı 1,7002 AZN/$1 təşkil edib.
Yanvar-oktyabr aylarında manat avroya qarşı 6,02% ucuzlaşıb, oktyabrda 1,3% bahalaşıb (sentyabrda manat avroya nisbətən 0,88% möhkəmlənib).
Xəbər verildiyi kimi, 2016-cı ildə manat dollara qarşı 13,6% ucuzlaşıb.**
A.Əzizov