Azərbaycan 2017-ci ilin yanvar-avqust aylarında $374,8 mln. məbləğində kənd təsərrüfatı məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 47,4% çoxdur. Bu barədə kənd təsərrüfatı naziri Heydər Əsədov “Respublika” qəzetində dərc edilmiş məqaləsində bildirib.
"Son illər kənd təsərrüfatı məhsullarının ixracında artım müşahidə olunur. Analoji vəziyyət bu il də saxlanılıb. 2017-ci ilin yanvar-avqust aylarında $374,8 mln. məbləğində kənd təsərrüfatı məhsulları ixrac edilib ki, bu da ötən ilin 8 ayının göstəricisindən 47,4% çoxdur", - deyə o qeyd edib.
Nazir vurğulayıb ki, hesabat dövründə $306,5 mln. dəyərində meyvə və tərəvəz ixrac olunub (artım 41,5%). Tərəvəz ixracı 69,7%, meyvə ixracı 15,8% artıb.
Azərbaycan 2016-cı ildə $426 mln. 111,7 min dəyərində kənd təsərrüfatı məhsulları ixrac edib ki, bu da 2015-ci ilin göstəricisindən 20,7% çoxdur.*
A.Əzizov