1992-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra neft hasilatının ümumi həcmi 700 mln. ton təşkil edib. Bunu SOCAR-ın birinci vitse-prezidentinin müşaviri Ələkbər Abbasov bəyan edib.
“Bu yaxınlarda Azərbayanda 2 mlrd. ton neft hasilatının şahidi olacağıq. Bu həcmin 700 mln. tonu 1992-2017-ci illərdə ölkənin müstəqilliyi dövründə hasil edilib”, - Ə.Abbasov çərşənbə günü Neft-qaz Mühəndisləri Cəmiyyətinin təşkilatçılığı ilə Bakıda illik Xəzər Texniki Konfransı və Sərgidə çıxışında bildirib.
Onun sözlərinə görə, qeyd olunan həcmdən 460 mln. tonu AÇG blokundan hasila olunan neftin və “Şahdəniz” yatağından kondensatın, daha 240 mln. tonu SOCAR şirkətinin hasil etdiyi neftin payına düşüb. **
N.Abbasova