Ötən gün Azərbaycan ərazisində baş vermiş 3 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olub, 3 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ötən gün ərzində 97 cinayət faktı qeydə alınıb, onların 15-i “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 46 nəfər tutulub.
Həmçinin narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.**
R.Babayev