Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Digital Marketinq Mərkəzi yaradılıb. Bu barədə ali məktəbin mətbuat xidmətindən məlumat verilir.
“Digital Marketinq Mərkəzinin (DMM) əsas missiyası müasir bazar araşdırması və innovativ üsullarla ixrac sahəsində yaranan yeni imkanları dəyərləndirməkdir”, - məlumatda qeyd edilir.
Mərkəzin dəstəyi ilə qeyri-neft ixracını həyata keçirən şirkətlər vaxt və maliyyə xərclərinə qənaət etməklə, xarici bazarların operativ, etibarlı və spesifik araşdırmalarını həyata keçirəcək, o cümlədən brend və məhsul təbliğatını aparacaq, potensial müştərilərə informasiya çatdıracaq.
DMM Azərbaycanın rəqəmsal marketinq bazarı barədə dövrü hesabatlar hazırlayaraq, yerli ixracatçılar üçün digital informasiya bazası formalaşdıracaq. Təlim mərkəzi kimi də fəaliyyət göstərən DMM xarici ekspertlərin online vebinarlarını, o cümlədən ölkənin tanınmış ekspertlərinin təlim və seminarlarını təşkil edəcək.
Eyni zamanda sosial media marketinq sahəsində mütəxəssis hazırlığını həyata keçirəcək. Eyni zamanda Google AdWords və Google AdSense rəqəmsal marketinq üzrə online sertifikat imtahanlarını təşkil edəcək.
DMM Digital Marketing Forumunun təşkilini planlaşdırır. **
R.Babayev