Azərbaycan və İran prezidentəri İlham Əliyev və Həsən Ruhani Tehranda görüş zamanı ticarət dövriyyəsinin artmasından məmnunluq ifadə ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Görüşdə iqtisadi əməkdaşlıq məsələləri müzakirə olundu. Ticarət dövriyyəsinin ötən il 70%, bu ilin yanvar-sentyabr aylarında 33% artması yüksək qiymətləndirildi”, - məlumatda deyilir.
Həmsöhbətlər qarşılıqlı sərmayə qoyuluşu, energetika, neft-qaz, nəqliyyat sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
“Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin uğurla icra olunduğu vurğulandı”, - məlumatda qeyd edilir. **
R.Babayev