Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaiti hesabına müvəkkil kredit təşkilatları vasitəsilə 2017-ci ilin yanvar-sentyabr ayları ərzində 8 mln. 530,7 min manat həcmində güzəştli kredit ayrılıb.
“Dövlət Xidmətinin vəsaiti hesabına 54 kənd təsərrüfatı məhsulları istehsalçısına 8 mln. 530,7 min manat həcmində güzəştli kredit ayrılıb”, - deyə kənd təsərrüfatı naziri Heydər Əsədov “Respublika” qəzetində dərc olunmuş məqaləsində bildirib.
O vurğulayıb ki, bu istehsalçılar ölkənin 30 rayonunda fəaliyyət göstərir.
Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarəEdilməsiüzrəDövlət Xidməti 2010-cu ildə yaradılıb.
B.Rüstəmbəyov