SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi 2017-ci ilin yanvar-oktyabr aylarında 355 çoxmərtəbəli yaşayış binasını qazlaşdırıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“Beləliklə, bu çoxmərtəbəli binalarda 16,893 min mənzilə qaz verilir”, - deyə məlumatda qeyd olunur.
2016-cı ildə “Azəriqaz” İB 397 çoxmərtəbəli yaşayış binasını qazlaşdırıb. **
N.Abbasova