“Markswebb Rank & Report” analitik agentliyi “Mobile Banking Rank CIS 2017”
MDB ölkələrinin mobil banklarının səmərəliliyinə dair araşdırmanın nəticələrini dərc edib.
Nəticələrə əsasən, “Mobile banking” xidmətləri üzrə hazırlanan reytinqdə “Unibank” 22-ci yerdə qərarlaşıb.
Araşdırmada iPhone və Android smartfonlarında ayrı-ayrı MDB ölkələrində 41 bankın 86 mobil əlavəsi qiymətlndirilib. Ən səmərəli, müştərinin daha tam həcmdə və rahat debet kartını idarə etdiyi əlavə hesab edilir.
Ölkənin araşdırılan mobil bankları üzrə orta qiymətləndirmə, ölkənin ən yaxşı mobil bankının qiymtləndirilməsi kimi mobil bank xidmətlərinin inkişafının lokal səviyyəsini xarakterizə edir. Mobil bankların efektivliyinin daha yüksək qiymətləndirilməsini Rusiya bankları nümayiş edir. Sonra orta qiymətləndirmə ilə Belarus, Gürcüstan, Qazaxıstan, Ukrayna və Azərbaycan bankları gəlir”, - məlumatda deyilir. **
A.Əzizov