“AZİN Construction” MMC Pirallahı Sənaye Parkında mühəndis xətləri və avtomobil yollarının çəkilməsi üzrə layihə-smeta sənədlərini hazırlayacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən Pirallahı Sənaye Parkının 30 hektar ərazisinin qaz xəttinin layihə-smeta sənədlərinin hazırlanması və Parkın 30 hektar ərazisinin mühəndis xətləri və avtomobil yollarının (texniki su, su anbarı və nasosxanalar, avtomobil yolları, içməli su xətti, məişət tullantı, yağış suyu, yanğına qarşı su xətləri,) layihə-smeta sənədlərinin hazırlanması məqsədilə “AZİN Construction” MMC-ni cəlb edib. Çərşənbə günü MMC ilə müqavilə bağlanıb”, - nazirlikdən bildiriblər.
Müqavilənin dəyəri 157 min 910,62 manatdır. **
N.Abbasova