Azərbaycan, İran və Rusiya liderləri Xəzərin hüquqi statusunun tezliklə müəyyən edilməsinə tərəfdardır. Belə bəyanatla İran prezidenti Həsən Ruhani çıxış edib.
"Azərbaycan, İran və Rusiya Xəzəryanı dövlətlərdir və biz Xəzərin hüquqi statusunun tezliklə müəyyən olunmasına tərəfdarıq ki, bu dənizin potensialından istifadə edə bilək", - deyə o, noyabrın 1-də hər üç ölkə prezidentlərinin görüşünün yekunları üzrə keçirilən mətbuat konfransında bildirib.*