Cümə axşamı Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Xəzəryanı ölkələrin iştirakı ilə “Xəzər-2017” beynəlxalq təlimi start götürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın müvafiq strukturlarının nümayəndələri qarşılıqlı əlaqənin nəzəri hissəsi və gələcək tədbirləri müzakirə olunacaq. Həmin tədbirlər cümə günü Xəzər dənizinin cənub-qərb hissəsində praktiki təlimlər zamanı icra olunacaq.
BeşXəzəryanıölkənin texnika və canlı qüvvəsi təlimlərə cəlb olunub.
Təlimlərə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev rəhbərlik edir.
Təlimlər noyabrın 3-də başa çatacaq. **
F.İsazadə