Azərbaycan hökuməti 2021-ci ildə Azərbaycanda elektik enerjisi istehsalı 26 mlrd. 907,5 mln. kilovatsaat həcmində proqnozlaşdırılır, bu da 2017-ci ilin proqnozundan 8.7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Proqnozlara əsasən, 2017-ci ildə ölkədə elektik enerjisi istehsalının həcmi 22 mlrd. 555 mln. kilovatsaat təşkil edəcək (2016-cı illə müqayisədə artım 2,3%).
2018-ci ildə Azərbaycanda elektik enerjisi istehsalının həcmi 22 mlrd. 920 mln. kilovatsaat, 2019-cu ildə 23 mlrd. 720 mln. kilovatsaat, 2020-ci ildə 24 mlrd. 120 mln. kilovatsaat səviyyəsində proqnozlaşdırılır.
Xəbər verildiyi kimi, 2016-cı ilin yekunları üzrə Azərbaycanda elektik enerjisi istehsalının həcmi 22 mlrd. 45,8 mln. kilovatsaat təşkil edib. **
N.Abbasova