Xəzəryanı dövlətlər təbiət və və texnogen dağıntıların aradan qaldırılması üzrə "Xəzər 2017" Beynəlxalq kompleks təliminə 1 mindən artıq şəxsi heyəti cəlb ediblər. Bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.
“Təlimə 1,1 min şəxsi heyət, 208 ədəd müxtəlif xüsusi texnika, 2 təyyarə, 5 helikopter, 8 gəmi, 6 təlim iti cəlb olunub”, - E.Mirzəyev cümə axşamı qarşılıqlı əlaqə məsələlərinin nəzəri hissəsinin müzakirəsi zamanı bəyan edib.
Onun sözlərinə görə, təlimlərin birgə idarə edilməsi qərargahı yaradılıb.
E.Mirzəyev qeyd edib ki, təlimlərdə Azərbaycan tərəfindən şəxsi heyət, 197 ədəd xüsusi texnika, 4 gelikopter, 6 gəmi, 5 təlim iti cəlb edilib.
O bildirib ki, bu cür təlimlərin keçirilməsi regionun bütün dövlətlərinin neft-qaz ehtiyatlarının işlənməsi və hasilatı ilə məşğul olması ilə əlaqədar böyük əhəmiyyət kəsb edir.
“Təlimlərin məqsədi - Xəzərdə fövqəladə vəziyyət zamanı birgə reaksiyanın artırılmasına yönələn Xəzəryanı dövlətlərin xilasedici xidmətlərinin qarşılıqlı əlaqəsinin təkmilləşdirilməsidir”, - o qeyd edib.
E.Mirzəyev vurğulayıb ki, fövqəladə halların ləğv edilməsi, həmçinin xilasetmə və digər təcili işlərin həyata keçirilməsi zamanı qüvvələrin birgə idarə edilməsi məsələləri üzərində iş aparılacaq. “Bu praktika zəruri təcrübə toplamağa imkan yaradır”, - nazir müavini bildirib.
Cümə günü Xəzər dənizinin cənub-qərb hissəsində Azərbaycanın ərazi sularında praktiki təlimlər icra olunacaq.
Beş Xəzəryanı ölkənin texnika və canlı qüvvəsi təlimlərə cəlb olunub.
Təlimlər noyabrın 3-də başa çatacaq. **
F.İsazadə