Məmmədyarov: “Noyabrın 16-da Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri Qarabağa dair vasitəçilərlə görüş keçirəcəklər”
Noyabrın 16-da Moskvada Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan ilə ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş keçiriləcək.
“Noyabrın 16-da Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri və ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş baş tutacaq”, - E.Məmmədyarov cümə axşamı mətbuat konfransında bildirib.
Öncə E.Məmmədyarov bəyan edib ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü ayrı-ayrı baş tutacaq. Bu görüşlərin məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin tapşırığı çərçivəsində danışıqlar prosesini intensivləşdirməkdir. **
R.Babayev